Yanvarda hava normal olacaq - sinoptiklər
Azərbaycanda yanvarda orta aylıq temperatur iqlim normasına yaxın olacaq. Yağıntı miqdarının da normalara uyğun, ayrı-ayrı günlərdə bir qədər yüksək olacağı gözlənilir. Xəbəri Ekologiya Nazirliyinin sinoptikləri verib.
Bakıda və Abşeronda orta temperatur +3 +5 dərəcə təşkil edəcək. Ayrı-ayrı günlərdə gecə -3 -8 dərəcə şaxta gözlənilir.
Aylıq yağıntı miqdarı 18-28 mm, ayrı-ayrı yerlərdə daha yüksək olacaq.
Naxçıvanda orta aylıq temperatur -2 dərəcə şaxtadan +1 dərəcəyə qədər təşkil edəcək. Ayrı-ayrı günlərdə gecə -13 -18 dərəcə şaxta olacaq.
Kiçik Qafqaz dağlarında orta aylıq temperatur -1 -3 dərəcə şaxta təşkil edəcək (ayrı-ayrı günlərdə gecə -12 -17 dərəcə şaxta olacaq).
Böyük Qafqaz dağlarında orta aylıq temperatur -2 +2 dərəcə olacaq. Ayrı-ayrı günlərdə gecə şaxta -8 -13 dərəcə, yüksək dağlıq rayonlarda isi -18 -23 dərəcə şaxta olacaq.
Yağıntı miqdarı 22-49 mm, bəzi yerlərdə daha yüksək olacaq.
Mərkəzi Aran bölgəsində orta aylıq temperatur +3 +5 dərəcə (ayrı-ayrı günlərdə gecə -5 -10 dərəcə şaxta) təşkil edəcək.
Cənub bölgəsində orta temperatur +1 +5 dərəcə (ayrı-ayrı günlərdə -3 -8 dərəcə şaxta, dağlarda isə -12 -17 dərəcə şaxta) təşkil edəcək. Yağıntı miqdarı 63-98 mm olacaq. -02D-
-
- Cəmiyyət
- 30 Dekabr 2015 16:02
-
- İqtisadiyyat
- 30 Dekabr 2015 16:52
Cəmiyyət
-
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
-
Bakının Xətai rayonunda bir gün ərzində su təchizatında fasilələr olacaq. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, magistral su boru kəmərində təmir işləri ilə əlaqədar 23 sentyabr saat 12:00-dan 24 sentyabr 12:00-a qədər Xətai Rayonunun bəzi hissələrində su təchizatında fasilələr olacaq.
-
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib.
-
Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağıntının olmayacağı gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 14+18, gündüz müsbət 22+25 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.
Rəy yaz