Sentyabrın 21-də Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinə yekun vuracaq
Sentyabrın 21-də Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinə yekun vuracaq
Sentyabrın 21-də saat 15:00-da Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinə baxacaq.
Mərkəzi Seçki Komissiyasından təqdim olunan materiallar yoxlanıldıqdan sonra Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinə yekun vuracaq.
Növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçirilib.
İlkin nəticələrə görə, 125 yerlik parlamentə İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyasının 68 üzvü, hakimiyyətyönlü mövqeyilə tanınan 44 "müstəqil" namizəd, həmçinin 10 siyasi partiyanın 13 nümayəndəsi keçir.
Seçkilərdə seçici fəallığı 37,27 faiz olub.
Siyasət
-
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
-
Sentyabrın 21-də Azərbaycan Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilən Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiq edib.
-
Gürcüstanda həbsdə olan Azel TV Azərbaycan saytının rəhbəri Əfqan Sadıqov sentyabrın 20-də İstintaq Təcridxanasında aclıq elan edib. Bu barədə Turan-a onun həyat yoldaşı Sevinc Sadıqova bildirib.
-
Ukrayna hökuməti Rusiya qazının Azərbaycan vasitəsilə Avropaya nəqli ilə bağlı mövqeyini izah edib. Hər iki tərəf Bakının iştirakı ilə Rusiya qazının tranzitinin davam etdirilməsi və Azərbaycan qazının Rusiya və Ukraynadan keçməklə Avropaya tədarükü haqqında danışıqlar aparacaq.
Rəy yaz