Qarabağda 10-dan çox odlu silah, minlərlə patron aşkar edilib
Qarabağda 10-dan çox odlu silah, minlərlə patron aşkar edilib
Azərbaycan DİN 14-20 sentyabr tarixləri arasında işğaldan azad edilmiş ərazilərdə silah və döyüş sursatlarının təmizlənməsi tədbirləri haqqında məlumat yayıb.
Belə ki, polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb
Siyasət
-
Noyabrın 11-də COP29 iqlim konfransında iştirak etmək üçün prezidentlər Aleksandr Vucic (Serbiya) Aleksander Lukaşenko (Belarus), Şarl Mişel (Avropa İttifaqı Şurasının rəhbəri), Peter Peleqrini (Slovakiya), Ramçandra Paduel (Nepal), Camal Rəşid (İraq); Musail Mudavadi (Keniyanın baş naziri) Tpe Silassie (Efiopiya), eləcə də digər ölkələrin rəsmi şəxsləri Bakıya gəliblər.
-
Bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya gəlib.
-
Gənc Məruzəçilər Akademiyası (YNA) COP29 çərçivəsində əsas tədbirlərdən birini təşkil edərək "Gənc Liderlər Forumu"nu keçirib. Forum, iqlim dəyişikliyi ilə mübarizə aparan gənc liderləri, siyasətçiləri və aktivistləri dünyanın müxtəlif ölkələrindən bir araya gətirib.
-
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının prezidenti seçilib.
Rəy yaz