Frilanser araşdırmaçılardan ibarət beynəlxalq qruplar üçün Frilanserlərə Dəstək Proqramı
IJ4EU fondunun Frilanserlərə Dəstək Proqramı redaksiyalardan kənarda işləyən jurnalistlərdən ibarət qruplara 20000 avroya qədər qrantlar və əlavə fərdi dəstək, o cümlədən təlim, mentorluq və şəbəkə imkanları təmin edir.
Ümumilikdə, proqram çərçivəsində təlim, mentorluq və şəbəkələşmə imkanları ilə yanaşı, 2024-2025-ci illərdə qrant şəklində təxminən 500000 avro ayrılacaq. Sözügedən proqram Avropa Jurnalistika Mərkəzi (EJC) tərəfindən idarə olunur.
IJ4EU fondu istənilən mövzuda transsərhəd araşdırmalar qəbul edir. Buraya korrupsiya, mənimsəmə və maliyyə cinayətləri, təhlükəsizlik, demokratiya və insan hüquqları, ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə daxildir. Təqdim olunan araşdırmalarda müvafiq ölkələrin ictimai maraqlarına və ya daha geniş Avropa ictimaiyyətinə uyğunluq əsaslandırılmalıdır.
Azı iki frilanser jurnalistdən ibarət qruplar müraciət edə bilər. Komandalar IJ4EU fondu üçün əsas maliyyəni təmin edən Avropa İttifaqının Yaradıcı Avropa Proqramının tam sektorlararası sütununa qoşulmuş ən azı iki Avropa ölkəsindən olan iştirakçılardan ibarət olmalıdır. Bütün 27 Aİ-yə üzv dövlət və aşağıdakı Aİ-yə üzv olmayan ölkələr iştirak etmək hüququna malikdirlər: Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Lixtenşteyn, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya və Ukrayna. Digər komanda üzvləri dünyanın istənilən başqa ölkəsindən ola bilər.
Kriteriyalara uyğunluq milliyyətə (vətəndaşlığa) deyil, yaşayış yerinə (yaşadığınız və işlədiyiniz yer) əsaslanır.
Qrant vəsaitləri əmək haqqı və insan resursları, araşdırma ilə bağlı xərclər, tərcümə və səyahət xərcləri daxil olmaqla, araşdırma və jurnalist məzmununun hazırlanması, tamamlanması və dərc edilməsi üçün lazım olan istənilən xərcləri ödəmək üçün istifadə edilə bilər. Maliyyələşdirmə üçün uyğun olmayan avadanlıq xərcləri (aparat təchizatı) istisna təşkil edir.
Ərizə ilə müraciət üçün son tarix 28 oktyabrdır. Araşdırmaların növbəti qəbulu 13 yanvar 2025-ci ildə elan ediləcək.
Daha çox öyrən
Mətbuat üçün açıqlama
-
- Kənd təsərrüfatı
- 13 Sentyabr 2024 15:33
Cəmiyyət
-
Noyabrın 12-də paytaxtda hava tutqun olacaq. Gün ərzində Abşeronda bəzi yerlərdə az yağıntı olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
-
Heydər Əliyev Beynəlxalq Hava Limanına səyahət edən sərnişinlərə COP29 konfransı zamanı şəhər mərkəzində tətbiq edilən yol məhdudiyyətləri ilə əlaqədar alternativ marşrutlardan və ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.
-
COP (Conference of the Parties) Tərəflərin Konfransı mənasını verir və BMT-nin təhlükəli iqlim dəyişikliyini məhdudlaşdırmağa yönəlmiş saziş üzrə danışıqlar prosesi olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) beynəlxalq görüşlərini ehtiva edir.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) məlumatına görə, Azərbaycan MDB ölkələri arasında orta yükləmə sürətində (76.25%) və orta göndərmə sürətində (68.38%) ən yüksək artıma nail olub. Speedtest Global Index məlumatlarına əsaslanan hesabatda, 2023-cü ilin iyunundan 2024-cü ilin avqustuna qədər Azərbaycanın və digər MDB ölkələrinin internet performansı ətraflı təhlil edilib və əhəmiyyətli yaxşılaşma qeydə alınıb.
Rəy yaz