KİVDDF 33 qəzetə 1.223.000 manat yardım ayırıb
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDDF) 33 qəzetə maliyyə yardımı ayırıb.
KİVDDF-nin məlumatına görə, fondun Müşahidə Şurasının dekabarın 29-da keçirilən iclasında 2016-cı ilin birinci yarısı üçün qəzetlərə 1.223.000 manat yardım ayrılması barədə qərar qəbul edib.
Fondun rəhbəri Vüqar Səfərli bildirib ki, 34 qəzet müsabiqəyə sənəd təqdim edib.
“Müvafiq araşdırmalardan sonra “Zaman Azərbaycan” qəzeti istisna olmaqla, digər 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib. “Zaman Azərbaycan” qəzetinin təqdim etdiyi sənədlər müsabiqənin şərtlərinə cavab vermədiyi üçün qəzetə maliyyə yardımı ayrılmayıb”, deyə o qeyd edib.
Beləliklə, Kaspi (azərbaycanca), Kaspi (rusca), Mövqe, Yeni Azərbaycan, Ədalət, “525-ci qəzet”, Səs, Bakı-xəbər, Yüni Müsavat, Ekspress, Palitra qəzetlərinin hər birinə 60 min manat, Palitra, Həftə içi, Azad Azərbaycan, Şərq, Xalq Cəbhəsi, Futbol+Qol, Bizim Yol, Olaylar 40 min manat, digər 14 qəzet isə 30 mindən 9 minədək yardım alıb.
Yardım verilən qəzetlərin böyük əksəriyyəti hökumətyönümlü qəzetlərdir. Müşahidəçilər bu nəşrlərin əksəriyyətinin yüksək vəzifəli məmurlar tərəfindən himayə olunduğunu güman edir. -03D-
Cəmiyyət
-
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
-
Bakının Xətai rayonunda bir gün ərzində su təchizatında fasilələr olacaq. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, magistral su boru kəmərində təmir işləri ilə əlaqədar 23 sentyabr saat 12:00-dan 24 sentyabr 12:00-a qədər Xətai Rayonunun bəzi hissələrində su təchizatında fasilələr olacaq.
-
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib.
-
Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağıntının olmayacağı gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 14+18, gündüz müsbət 22+25 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.
Rəy yaz