Azərbaycanın 8 aylıq iqtisadiyyatı: Neft üstün mövqedə, nəqliyyat, tikinti və turizmdə pozitiv tendensiyalar
-
- Maliyyə
- 17 Sentyabr 2024 10:40
Makroiqtisadiyyat
-
30 il bundan əvvəl 1994-cü ilin sentyabr ayının 20-də Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqlarının istismarı məqsədilə Azərbaycan xarici şirkətlərlə Hasilatın Pay Bölgüsü (HPB) sazişini imzaldı. Son müddəti 30 il müəyyənləşdirilən AÇG üzrə HPB sazişi 2017-ci il sentyabr ayının 14-də 2049-cu ilin sonunadək uzadıldı və bununla da “Əsrin kontraktı”nın ikinci mərhələsi başladı.
-
COP29-a ev sahibliyi Azərbaycandan enerji sektorunda, ətraf mühitin mühafizəsində və iqlim maliyyəsində bəzi dəyişikləri üçün bir sıra addımlar atmağı tələb edir. Odur ki, Azərbaycan höküməti COP29 öncəsi həm iqlim dəyişiklərinin mənfi təsirinin azaldılmasına və ekoloji tarazlığın qorunmasına, həm də enerji keçidini sürətləndirməyə xidmət edən edən və onun maliyyəsini göstərən Milli Gündəlik formalaşdırmalıdır.
-
Azərbaycan höküməti üçün Avropaya qaz tədarükü ilə yanaşı "yaşıl enerji" ixracı da prioritet məsələlərdən birinə çevrilib. Odur ki, Azərbaycan alternativ mənbələr hesabına enerji istehsalına xüsusi diqqət yetirməyə, eləcə də elektrik stansiyalarının fəaliyyəti üçün sərf edilən mazut yanacağına və təbii qaza qənaət etməyi başlayıb. Artıq Birləşmiş Ərəb Əmirliklərinin "Masdar"[1] və Səudiyyə Ərəbistanının "ACWA Power"[2] şirkətləri ilə "yaşıl enerji" layihələri üzrə əməkdaşlıq müqavilələri imzalanıb. Müqavilələr çərçivəsində investisiya dəyəri 500 milyon dollardan çox olan 240 MVt gücündə Xızı-Abşeron" Külək[3], 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik stansiyalarının[4] tikintisi nəzərdə tutulur.
-
Yekun olaraq qeyd edək ki, Azərbaycan təbii qaz hasilatının pik dövrünə yaxınlarşır.
Rəy yaz