Hərbi vəziyyət

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hərbi vəziyyətdövlətdə və ya onun bir hissəsində, bir qayda olaraq, müharibə dövründə dövlətə qarşı təcavüz və ya bilavasitə təcavüz təhlükəsi yarandıqda ali dövlət hakimiyyəti orqanının qərarı ilə müəyyən edilən xüsusi hüquqi rejim.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan hərbi vəziyyət elan etmişdir.[1]

Türkiyədə müxtəlif hərbi vəziyyət dövrləri fərqli xüsusiyyətlər göstərsə də, onların da bir çox ortaq nöqtələri var. Bunlardan ən əsası hərbi vəziyyət komandanlıqlarının hərbi vəziyyətin elan edilməsinin səbəbləri ilə tamamilə əlaqəsi olmayan ərazilərdə qoyduqları qadağalardır. Məsələn, yığıncaq qadağası bütün hərbi vəziyyət idarələri tərəfindən qəbul edilmişdir. Həmçinin, bu yığıncaqlar sadəcə siyasi olanlarla məhdudlaşmırdı. Bura idman tədbirləri, toylar, kooperativ yığıncaqları və hətta ibtidai sinif tamaşaları da daxil edilirdi. Yol hərəkəti sahəsində qaydaların gətirilməsi də bu ortaq məqamlar arasındadır. Siqnal vermək, sürət həddini aşmaq, yanlış yerdə saxlamaq, tutumundan artıq sərnişin götürmək, piyada səkisini tutmaq və hətta növbə ilə avtobusa minməmək hərbi vəziyyət cinayətləri sırasına aid edilirdi.[2]

24 fevral 2022-ci ildə prezident Vladimir Zelenski Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hərbi vəziyyət elan etmişdir.[3]

  1. Safi, Michael. "Armenia imposes martial law after clashes with Azerbaijan". The Guardian (ingilis). 2020-09-27. ISSN 0261-3077. 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-27.
  2. Üskül, Zafer. Bildirileriyle 1950-1970 Dönemi Sıkıyönetimleri. Tarih Vakfı Yurt Yayınları. s. 181.
  3. Singh, Samantha Lock (now); Maanvi; Oladipo, Gloria; Michael, Chris; Jones (earlier), Sam; Harding, Luke; Beaumont, Peter; Beaumont, Peter. "Russia-Ukraine crisis live news: Putin has launched 'full-scale invasion', says Ukrainian foreign minister – latest updates". The Guardian (ingilis). 2022-02-24. ISSN 0261-3077. 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-24.