Yazı dəsti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Yazı dəsti (yaxud şrift ailəsi) — ölçü, qalınlıq (məsələn, incə-qalın), maililik (məsələn, maili), genişlik (məsələn, dar) və s.ə görə fərqliliklər ehtiva edən letterinq dizaynı nümunəsi. Bu fərqliliklərin hər biri bir şrift deməkdir.

Hal-hazırda minlərkə yazı dəsti mövcuddur və gün keçdikcə də yeniləri yaranmağa davam edir.

Yazı dəsti incəsənəti və dizaynlarının istehsalı yazı dizaynı, yazı dəsti dizaynerləri isə yazı dizaynerləri adlanır və dizaynerlər, adətən, hərftökən emalatxanalarda işləyirlər.

Hər bir yazı dəsti müxtəlif qliflər — hər biri ayrı-ayrılıqda bir hərf, rəqəm və yaxud digər işarə olan simvollar kolleksiyasıdır.