Monte Karlo metodu
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Monte Karlo metodu — Standart olmayan bir əyrinin əhatə etdiyi səthin sahəsini hesablamaq metodu.
Standart olmayan bir əyrinin əhatə etdiyi səthin sahəsini hesablamaq müşkül məsələdir. Ancaq qeyri-standart düşüncə ilə bu məsələni həll etmək çox asandır. Bu səbəbdən də belə məsələləri həll etmək üçün "Monte Karlo metodu" işlənib hazırlanıb.
Bu, qeyri-standart statistik metodun məğzi belədir: Əyri-üyrü xəttlə əhatə olunan səthin ətrafına sahəsi məlum düzbucaqlı çəkirlər və düzbucaqlının iki tərəfindən koordinat oxu kimi istifadə edilir. Sonra təsadüfi ədədlər cədvəlinin köməyi ilə düzbucaqlının içərisinə koordinatları məlum 100 nöqtə qeyd edilir. Əgər bu 100 nöqtədən, misal üçün, 40-ı naməlum səthin içərisinə düşərsə, onda axtardığımız sahə düzbucaqlınin məlum sahəsinin 40 faizini təşkil edəcək.