MD5

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

MD5 (Message-Digest algorithm 5) – Verilənlərin tamlığını yoxlamaq üçün istifadə olunan alqoritm. 1991-ci ildə Massaçusets Texnologiya İnstitutunda Ron Rivest tərəfindən yaradılmışdır. Tək istiqamətli şifrləmə alqoritmidir. Daxil edilən verilənlərin ölçüsündən asılı olmayaraq onları 128 bitlik hexadecimal simvollara çevirir. MD5-dəki hər bir verilənin eyni olması mümkün deyildir, çünki generasiya edilən yekun verilən nəticədə 128 bitlik informasiyadır. MD5 şifrlərinin qırılması nəzəri olaraq qeyri mümkündür. Ancaq bəzi MD5 Verilənlər Bazaları ilə bruteforce üsulu ilə 16 simvola qədər olan şifrlər qırıla bilir. Bu cür sistemlər daxil edilən MD5 şifrini öz bazasında əvvəlcədən daxil MD5-lər içərisində axtarır. Amma şifr nə qədər mürəkkəb və uzun olarsa onun qırılmasıda bir o qədər çətinləşir.

İstifadə edildiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Fayl endirmə saytlarında MD5 geniş şəkildə istifadə olunur. Endiriləcək faylın əvvəlcədən MD5 hash-ı çıxarılır və fayl endirildikdən sonra yeni MD5 hash ilə yoxlanılır. Bununla endirilən faylın tamlığı yoxlanmış olur.