Leonard Eyler
Leonard Eyler Leonhard Euler | |
---|---|
alm. Leonhard Euler | |
Doğum tarixi | |
Doğum yeri | Bazel, İsveçrə |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya imperiyası |
Vəfat səbəbi | beyin qansızması[d] |
Dəfn yeri | |
Elm sahələri | riyazi analiz, ədədlər nəzəriyyəsi, gəmiqayırma, astronomiya, mexanika, ballistika, optika, riyaziyyat, Musiqi nəzəriyyəsi, qraf nəzəriyyəsi[1], fizika[1], məntiq[1] |
Elmi dərəcələri | |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | İohann Bernulli[3][9] |
Tanınmış yetirmələri | Stepan Rumovski, Jozef Lui Laqranj[3] |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Leonard Eyler (alm. Leonhard Euler; 15 aprel, 1707, Bazel, İsveçrə — 18 sentyabr, 1783, Sankt-Peterburq, Rusiya) — isveçrəli riyaziyyatçı və fizik[10] və astronomdur; milliyətcə isveçrəlidir. Rusiyada və Almaniyada işləmişdir. Riyazi analiz, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, riyazi fizika, göy mexanikası və s. sahələrdə 800-dən artıq əsərin müəllifidir. Elmin inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir[11]. XVIII əsrin ən əhəmiyyətli riyaziyyatçısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Eyler 15 aprel 1707-ci ildə İsveçrənin Bazel şəhərində Paul Eyler və Marqaret Brukerin ailəsində dünyaya gəlib. Az sonra Eylerlər Rien şəhərinə köçürlər.
Müəllimi dövrün qabaqcıl avropalı riyaziyyatçılardan İohann Bernulli olub. Eyni zamanda Euler ailəsinin yaxın dostu olan Bernoulli, oğlunun keşiş olmasını istəyən atanı razı edərək, L. Eulerin mükəmməl bir riyaziyyatçı olmasına imkan yaradıb.
13 yaşında olarkən Eyler Bazel Universitetinə daxil olur və 1723-cü ildə 16 yaşında Nyuton və Dekartın fəlsəfəsini müqayisə edən dissertasiyası ilə elmi dərəcəyə sahib olur.
17 may 1727-ci ildə Eyler Rusiya imperiyasının paytaxtı Sankt-Peterburq şəhərinə gəlir. Onun yaradıcılığı Peterburq EA ilə sıx bağlıdır. L. Eyler Akademiyanın bir çox sahələrinin fəaliyyətində yaxından iştirak etmiş, 1738–1740-cı illərdə "Hesaba rəhbərlik" dərsliyini yazmış, texniki ekspert işlərində, Rusiyanın xəritələrinin tərtibində iştirak etmişdir.
Leonard 1741-ci ildə Prusya Kralı Böyük Frederikin təklifini qəbul edərək Berlin Akademiyasına gəlib. Berlində 25 il yaşayan Euler bu müddətdə 380-dən çox məqalə yazıb. Böyük Katerinanın taxta keçməsindən sonra, 1766-cı ildə Rusiyaya gedən Euler burada bir çox faciə ilə qarşılaşıb. 1771-ci ildə meydana gələn yanğın hadisəsi bütün əmlakının məhv olmasına səbəb olub. Üç il sonra 40 illik həyat yoldaşı Katharinayı itirib.
L. Euler 17 sentyabr 1783-cü il tarixində alim Anders Johan Lexell ilə yeni kəşf edilən Uran planeti haqqında söhbət edərkən beyin qanaması keçirib və bir neçə saat sonra ölüb.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]XVIII əsrin ən əhəmiyyətli və bütün dövrlərin aparıcı riyaziyyatçılarından biri hesab edilir. Ən məhsuldar riyaziyyatçılardan biri olaraq işlərinin ümumi həcmi 72 kitabdan ibatərtdir. O riyazi analiz, differensial coğrafiya, ədədlər nəzəriyyəsi, səma mexanikası, riyazi fizika, optika, ballistika, gəmiqayırma, musiqi nəzəriyyəsi və s. üzrə 865 orijinal əsərin müəllifidir.
Bu işləri sayəsində indi istifadə edilən müasir riyaziyyat terminologiyasının əsasını qoymuş, funksiya anlayışı və onun yazılışını təyin etmişdir. Misal olaraq, triqonometrik funksiyalar üçün sin (sinus) və cos (kosinus) təyin etmişdir.
Eyler fövqəladə işgüzarlığa malik olan adam idi. Onun tədqiqatları riyaziyyat, mexanika, elastiklik nəzəriyyəsi, riyazi fizika, optika, musiqi nəzəriyyəsi, Ayın hərəkəti, maşın nəzəriyyəsi, ballistika, dənizçilik elmi və s. sahələri əhatə edirdi. Məhz bu işgüzarlığın nəticəsində o artıq 19 yaşında gəmi təchizatına dair dissertasiya yazmış, 20 yaşında Peterburq EA-nın adyunku-kiçik elmi işçisi, 23 yaşında fizika kafedrasının professoru, 26 yaşında isə Peterburq EA-nın üzvü olmuşdur. L. Eyler 865 orijinal əsərin müəllifi olmuşdur ki, bunlar da 72 cild təşkil edir. Onun adı ilə bağlı bir çox riyazi termin və düsturlar vardır. Bunlara misal olaraq "Eyler bucaqları"nı, "Eyler düsturları"nı, "Eyler tənlikləri"ni, "Eyler funksiyası"nı və s. göstərmək olar. "Mexanika və ya analitik ifadə olunan hərəkət haqqında elm", "Analizə giriş", "Diferensial hesabı", "İnteqral hesabı", "Bərk cismin hərəkət nəzəriyyəsi" və s. əsərləri Eylerin gərgin əməyinin məhsuludur.
Eylerin mexanika üzrə əsərləri ona dünya şöhrəti bəxş etdi, 1736-cı ildə Paris EA Eylerə Daniil Bernulli və Maklorenlə birlikdə yazdığı əsərə görə yeni bir mükafat təqdim etdi. 1738-ci ildə isə Lozanna şəhərində Eylerin şah əsəri — 3 cilddən ibarət "Sonsuz kiçilənlərin təhlilinə giriş" nəşr olundu. Demək olar ki, indiki ali texniki məktəblərdə ali cəbr və riyazi təhlil üzrə nə keçilirsə, bunlar hamısı bu əsərin həcmindədir. Köniqsberq şəhərində yaşayarkən Eylerin həll etdiyi 7 körpü haqqında məsələ riyaziyyatın tam yeni bir sahəsinin-topologiyanın bünövrəsini qoydu. Eylerin əsərlərinin 60 %-i riyaziyyat üzrə yazılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 5 6 Наточин Ю. В. Становление физиологии в России: XVIII век, The Development of Physiology in 18th Century in Russia (rus.). // Историко-биологические исследования 2016. Т. 8, вып. 2. С. 9–24. ISSN 2076-8176; 2500-1221
- ↑ 1 2 3 4 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ 1 2 Boyer C. B., Bell A. Leonhard Euler // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
- ↑ 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ 1 2 https://www.amacad.org/sites/default/files/academy/multimedia/pdfs/publications/bookofmembers/ChapterE.pdf.
- ↑ Эйлер, Леонард (rus.). // Русский биографический словарь СПб: 1912. Т. 24. С. 189–193.
- ↑ Berry A. A Short History of Astronomy (brit. ing.). London: John Murray, 1898.
- ↑ İlknur Salamova, "Google"nin məşhur riyaziyyatçı – "Doodle"si Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine — simsar.az saytı
- ↑ "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.606
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Eyler düsturları
- Eyler inteqralları
- Eyler üsulu
- Eyler diski
- Eyler adına Beynəlxalq Riyaziyyat İnstitutu
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- 15 apreldə doğulanlar
- 1707-ci ildə doğulanlar
- 76 yaşında vəfat edənlər
- 18 sentyabrda vəfat edənlər
- 1783-cü ildə vəfat edənlər
- Smolensk lüteran qəbiristanlığında dəfn olunanlar
- Lazarev qəbiristanlığında dəfn olunanlar
- Bazel Universitetinin məzunları
- Prussiya Elmlər Akademiyasının üzvləri
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Sankt-Peterburq Elmlər Akademiyasının üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- London Kral Cəmiyyətinin üzvləri
- Əlifba sırasına görə alimlər
- Alim qaralamaları
- İsveçrə riyaziyyatçıları
- Bazeldə doğulanlar
- Zehni hesablayıcılar