Asperger sindromu
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
XBT-10 təsnifatı | ||
---|---|---|
Asperger sindromu olan insanlar məhdud sahələrə maraq göstərir, bu oğlan qutuları (bankaları) yığmağa maraq göstər. | ||
F84.5 | Asperger sindromu | |
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası) |
Asperger sindromu — psixi pozğunluq olub, bəzən onu Autizmin bir forması da hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur.
Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorna Uinq tərəfindən Avstriya psixiatr və pediatrı Hans Aspergerin şərəfinə Asperger sindromu adlandırılmışdır.
Autizmli əksər insanlarda, xüsusən, uşaqlarda inkişafdan qalmanı asanlıqla müşahidə etmək mümkündür. Lakin onlar autistlərə bənzəsələr də, əqli cəhətdən heç də geri qalmırlar. Bəzən onlar sosial kommunukasiya defisitinə malik olsalar da, mürəkkəb bir elmi sahə üzrə daha dərrakəli olurlar. Məhz inkişafın bu tip geriləməsinin təhlilini ilk dəfə Hans Asperger vermişdir.