Amerika Milli Standartlar İnstitutu
Amerika Milli Standartlar İnstitutu ANSI | |
---|---|
Yaranma tarixi | 19 oktyabr 1910[1] |
Mərkəzi | |
Üzvləri |
|
ansi.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Amerika Milli Standartlar İnstitutu (ing. American National Standards Institute, ANSI) Amerika Birləşmiş Ştatlarında standartların işlənib hazırlanması ilə məşğul olan işgüzar dairələrinin nümayəndələrindən ibarət qurum;
Tarixi
[redaktə | mənbəni redaktə et]ABŞ-ni Beynəlxalq Standartlaşdırma Təşkilatında (ing. International Organizator for Standartization, ISO) təmsil edir. 19 oktyabr 1918-ci il tarixində yaradılıb. Baş idarəsi Vaşinqton şəhərində yerləşir [4]. Demək olar ki, bütün sənaye sahələrinə aid rəsmi ANSI standartları mövcuddur və onların əksəriyyəti kompüterlərlə bağlıdır. Mikrokompüterlər sahəsində ANSI üç istiqamətə cavabdehdir: proqramlaşdırma dilləri, SCSI interfeysi və ANSI.SYS drayveri. Proqramlaşdırmada ANSI daha çox aşağıdakılardan birinə aid olur:
- FORTRAN, COBOL, C, yaxud başqa proqramlaşdırma dillərinin ANSI standart versiyaları. Adəti üzrə, dilin ayrıca istehsalçı versiyası ANSI standartında müəyyən olunmuş bütün özəlliklərə, eləcə də istehsalçının özünün əlavə planlaşdırdığı özəlliklərə malik olmalıdır. Bir kompüterdən başqasına asanca keçirilə bilməsi üçün proqram ANSI standartında olmayan hər hansı xüsusiyyətdən istifadə etməməlidir. Sonradan proqramçı, sadəcə, proqramı fərqli kompilyatorlarda kompilyasiya etməklə həmin proqramın müxtəlif tipli kompüterlərdə işləyə bilən versiyasını yarada bilər.
- Kompüter terminalını, yaxud mikrokompüterin ekranını idarəetmək üçün ANSI standart escape-ardıcıllıqları. Simvolların kodlarından ibarət escape-ardıcıllıqlar ekrana göndərildikdə ekran, sadəcə, kodları uyğun gələn simvolları əks etdirmir, nəsə yerinə yetirir. ANSI escape-ardıcıllıqlarının hamısı Escape simvolu ilə (kodu 27) başlayır.
- Microsoft Windows əməliyyat sistemində istifadə olunan ANSI genişləndirilmiş simvollar yığını. Ora bütün ASCII simvolları və çoxlu başqa simvollar daxildir.
Microsoft Windows əməliyyat sistemində hər hansı ANSI simvolunu yazmaq üçün klaviaturada <Alt> klavişini basıb saxlamalı və simvolun 0-la başlayan kodunu yığmaq lazımdır. Məsələn, é yazmaq üçün <Alt> klavişini basıb saxlamaqla 0233 yığmaq gərəkdir. Bu simvolları mətnə yerləşdirmək üçün Character Map utilitindən istifadə etməklə lazım olan simvolu seçmək, onu yazı lövhəsinə (CLIPBOARD) köçürmək (COPY) və sonda mətndə istənilən yerə yapışdırmaq (PASTE) olar.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 About ANSI.
- ↑ https://www.ansi.org/news/standards-news/all-news/2010/11/ansi-washington-dc-headquarters-reopens-at-new-address-08.
- ↑ https://www.facebook.com/ansidotorg/about/.
- ↑ http://www.ansi.org Arxivləşdirilib 2008-08-28 at the Wayback Machine, Amerika Milli Standartlar İnstitutunun rəsmi veb-saytı