MD5
MD5 (Message-Digest algorithm 5) – Verilənlərin tamlığını yoxlamaq üçün istifadə olunan alqoritm. 1991-ci ildə Massaçusets Texnologiya İnstitutunda Ron Rivest tərəfindən yaradılmışdır. Tək istiqamətli şifrləmə alqoritmidir. Daxil edilən verilənlərin ölçüsündən asılı olmayaraq onları 128 bitlik hexadecimal simvollara çevirir. MD5-dəki hər bir verilənin eyni olması mümkün deyildir, çünki generasiya edilən yekun verilən nəticədə 128 bitlik informasiyadır. MD5 şifrlərinin qırılması nəzəri olaraq qeyri mümkündür. Ancaq bəzi MD5 Verilənlər Bazaları ilə bruteforce üsulu ilə 16 simvola qədər olan şifrlər qırıla bilir. Bu cür sistemlər daxil edilən MD5 şifrini öz bazasında əvvəlcədən daxil MD5-lər içərisində axtarır. Amma şifr nə qədər mürəkkəb və uzun olarsa onun qırılmasıda bir o qədər çətinləşir.
İstifadə edildiyi yerlər
redaktə- İnternet qoşulmalarında(SSL-Secure Sockets Layer)
- Virtual özəl şəbəkələrdə(VPN-Virtual private Network)
- kimlik müəyyən etmə əməliyyatlarında
Fayl endirmə saytlarında MD5 geniş şəkildə istifadə olunur. Endiriləcək faylın əvvəlcədən MD5 hash-ı çıxarılır və fayl endirildikdən sonra yeni MD5 hash ilə yoxlanılır. Bununla endirilən faylın tamlığı yoxlanmış olur.