🎉 Yalnız Mənzil Park Əməkdaşlığı olan Binalara Özəl: İşıq və Su Borclarına Nəzarət! 💡💧 Artıq Mənzil Park tətbiqi ilə işıq və su borclarınızı asanlıqla izləmək və online ödəmək mümkündür – bu xidmət yalnız əməkdaşlıq etdiyimiz bina sakinləri üçün keçərlidir! 👌 🏢 Sizin üstünlüyünüz: ✅ Borc məbləğini bir toxunuşla öyrənin ✅ Rahat və təhlükəsiz ödəniş imkanı ✅ Bildirişləri aktiv edərək borcdan vaxtında xəbərdar olun ✅ Real vaxtda yenilənən məlumatlar 🌟 Sadə. Sürətli. Etibarlı. Mənzil Park ilə hər şey bir mərkəzdən həll olunur! 📲 Daha çox məlumat üçün: www.menzilpark.az #MənzilPark #İşıqBorcunuÖdə #SuBorcunuÖdə #RahatHəyat #OnlineÖdəniş #BildirişləXəbərdarOl
Mənzil Park
Technology, Information and Media
MənzilPark ev ilə bağlı bütün xidmətləri özündə cəm edir
About us
Mənzillərin idarə olunması, müxtəlif ev ilə bağlı xidmətlərin 1 platformadan idarə olunması.
- Website
-
https://menzilpark.az/
External link for Mənzil Park
- Industry
- Technology, Information and Media
- Company size
- 2-10 employees
- Headquarters
- Baku
- Type
- Privately Held
- Founded
- 2023
Locations
-
Primary
Neftçi Qurban küç.
Bayıl Plaza
Baku, AZ
Employees at Mənzil Park
Updates
-
Keçən həftələrdə ölkəmizdə keçirilən #COP29 tədbiri çərçivəsində Mənzil Park-ı təqdim etmək fürsətimiz oldu. #MənzilPark, yeni tikili binaların idarəetmə platforması olaraq, həm idarəçilərə, həm də sakinlərə təqdim etdiyi rahatlıqla yanaşı, kağız israfını sıfıra endirərək təbiətin qorunmasına öz töhfəsini verir. Ölkəmizdə bu istiqamətdə maarifləndirmə aparmaq və ekoloji kirliliyin qarşısını almaq məqsədini qarşısına qoyan Mənzil Park qətiyyətlə böyüməyə davam edir. Bu yolda hər zaman yanımızda olan, təbiətin qorunmasını əsas hədəflərindən biri kimi seçən ABB və ABB Innovation rəhbərliyinə, eləcə dəyərli komandasına Mənzil Park üçün ABB pavilyonunda xüsusi yer ayırdıqları üçün dərin təşəkkürümüzü bildiririk.
-
Mənzil Park reposted this
🌍 Mənzil Park ilə bina idarəçiliyində kağız israfını azaldırıq! 🌿 Təqdim etdiyimiz rəqəmsal həllər vasitəsilə müştərilərimizin kağız israfını azaltmasına kömək edərək ətraf mühitə mənfi təsiri minimuma endirməyi hədəfləyirik. Qarşıdakı bir neçə il ərzində 29 ton kağız israfının qarşısını almaqla 83,13 ton CO₂ emissiyasını azaltmağı planlaşdırırıq. Hədəfimiz, yalnız idarəetməni sadələşdirmək deyil, eyni zamanda davamlı gələcək üçün ekoloji cəhətdən təmiz həllər təklif etməkdir. Kağızsız idarəetmə prosesi ilə təbiətə olan mənfi təsiri azaldırıq və daha yaşıl bir gələcək qururmaq üçün böyük işlər görürük. https://www.menzilpark.az [email protected] #MenzilPark #COP29 #EcoFriendly #Kağızsızİdarəetmə #CO2Azaltma #YaşılGələcək #Sıfırİsraf #PaperlessManagement #CO2Reduction #GreenFuture #ZeroWaste
-
🔑 MənzilPark - Yeni Tikili Bina İdarəçiləri üçün Ən Etibarlı Həll! 🔑 Siz binanızı daha effektiv və müasir şəkildə idarə etmək istəyirsiniz? MənzilPark tam da bunun üçün nəzərdə tutulub! ✅ 🏢 Effektiv İdarəetmə: Sakinlərin ödəmələrini izləmək və borcları asanlıqla idarə etmək bizimlə çox asandır! 📊 Hesabatlar: Hər zaman dəqiq və real vaxtda məlumatlar əldə edin. Hər bir mənzil və bina ilə bağlı ətraflı analizlər və hesabatlar. 💡 İnnovativ Texnologiyalar: Sürətli, təhlükəsiz və güvənli məlumat bazası ilə bütün əməliyyatlarınız bir platformada! Sakinlərin rahatlığı üçün onlayn ödəmə və xidmət sifarişi. 🔔 Avtomatlaşdırılmış Bildirişlər: Borclulara avtomatik bildirişlər göndərin və heç bir ödənişdən xəbərsiz qalmayın. Bina rəhbəri və ya idarəçisisiniz? MənzilPark-a keçin və binanızı asanlıqla idarə edin! Əlaqə üçün: www.menzilpark.az #MənzilPark #Binaİdarəetmə #YeniTikili #İdarəçi #EffektivHəllər #Şəffaflıq #BuildingManagement #NewBuildings #PropertyManagers #EffectiveSolutions #Transparency
-
ABB Bankın dəstəyi və SABAH.HUB-ın təşkilatçılığı ilə keçirilən #BakuID2024 tədbirində iştirak etdik. İki gün ərzində keçirilən bu möhtəşəm tədbirdə yer almaq, ilhamverici çıxışları izləmək və #StartUP #Battle-da digər möhtəşəm #StartUp-larla çiyin-çiyinə ringə çıxmaq bizim üçün əvəzsiz bir təcrübə idi. 25.000 AZN mükafat fondu olan bu yarışmada 5 qalib arasında olmaq bizim üçün böyük qürurdur. Bu cür imkanlar yaradan hər kəsə təşəkkür edirik və gələcəkdə daha böyük uğurlara imza atmağı səbirsizliklə gözləyirik!
-
Dünyada hər il təxminən 🌳 15 milyard ağac kəsilir. Qlobal miqyasda hər il 🌍 10 milyon hektar meşə ərazisi itir, bu isə təxminən üç Azərbaycan ərazisi qədər bir ərazini əhatə edir. Deforestasiya prosesi əsasən kənd təsərrüfatı üçün ərazilərin təmizlənməsi, heyvandarlıq, 📄 kağız istehsalı və digər sənaye məqsədləri üçün həyata keçirilir. Elan lövhələri, qeydlər və digər sənədlər üçün istifadə edilən kağız miqdarı da bu ağac itkisinə öz mənfi töhfəsini verir. 🌿 Mənzil Park olaraq məqsədimiz bina idarəçiliyində rəqəmsal həllərə keçərək kağız istifadəsini azaltmaq, beləliklə, ağacların qorunmasına və ekoloji tarazlığın saxlanmasına töhfə verməkdir. Mənzil Park rəqəmsal elan lövhələri, 📱 mobil tətbiqlər və kağızsız idarəçilik metodları ilə həm bina sakinlərinin, həm də idarəçilərin həyatını asanlaşdırır. Bütün bina idarəsi ilə məşğul olan şirkətləri də dünyanın qorunmasına töhfə vermək üçün bu xidmətdən istifadəyə çağırırıq. 🌎 Gəlin birlikdə rəqəmsal həllərə keçərək, təbiətimizi və gələcək nəsilləri qoruyaq. Qeyd: Bu təşəbbüsümüz, noyabr ayında keçiriləcək COP29 Azerbaijan konfransının hədəflərinə uyğun olaraq, qlobal ekoloji məqsədlərə dəstək məqsədi daşıyır. #COP29 #COP29Azerbaijan #EnvironmentalConservation #DigitalTransformation #Sustainability #PaperlessSolutions #SaveTheTrees #GreenInnovation #ClimateAction #EcoFriendly #FutureOfPropertyManagement #SustainableLiving
-
ABB Bankın təşkil etdiyi İpoteka Sərgisində iştirak etmək və Mənzil Park olaraq bina idarəçiləri və sakinləri üçün təqdim etdiyimiz xidmətləri sərgiləmək bizə böyük qürur verdi 😊. Bu tədbir, tikinti şirkətləri və ABB Bankın əməkdaşlıq etdiyi digər şirkətlərlə bir araya gəlmək üçün mükəmməl bir fürsət yaratdı 🤝. Bizim üçün bu sərgidə iştirak etmək, Mənzil Park-ın yenilikçi və istifadəçi dostu həllərini geniş auditoriyaya təqdim etmək və müştərilərimizlə birbaşa əlaqə qurmaq üçün dəyərli bir imkandır 💡. Sərgidə iştirak edən Dreamland Baku , Sea Breeze Resort and Residences, Kristal Abşeron, Melissa Group, Alians, Avant Group , Blue City - Yaşayış Kompleksi kimi qabaqcıl şirkətlərlə gələcək əməkdaşlıq imkanlarını müzakirə etməkdən də çox məmnun olduq 🏢. Birlikdə güclü strateji tərəfdaşlıqlar quraraq sektorda daha böyük uğurlara imza atmağı səbirsizliklə gözləyirik 🌟. Gələcəkdə daha geniş əməkdaşlıqlarla sektorda yenilikçi həllər və xidmətlər təqdim etməyə davam edəcəyik 🚀. Bizimlə birlikdə bu böyük ekosistemin bir parçası olmaq istəyən bütün şirkətləri əməkdaşlığa dəvət edirik.
-
🏡✨ Yenilik! ✨🏡 Mənzil Park olaraq ABB bankın təşkil etdiyi İpoteka Sərgisinə dəvət aldıq! 🎉 Yenilikçi idarəetmə sistemimiz ilə sakinlərə verdiyimiz üstünlükləri sizə təqdim edəcəyik. Mənzil Park ilə rahatlıq və müasir idarəetmə həllərimizi kəşf etmək imkanını qaçırmayın. Tarix: 1 iyun Saat: 10:00 - 17:00 Məkan: Muğam Mərkəzi Bu sərgi, mənzil sahibi olmaq istəyən hər kəs üçün əla bir fürsətdir. ABB Bankın təklif etdiyi müxtəlif ipoteka növləri ilə tanış olmaq, 10-dan çox tikinti şirkətinin layihələrini və Mənzil Parkın sakinlər üçün təqdim etdiyi üstünlükləri öyrənmək üçün tədbirə dəvətlisiniz. Mənzil Park ilə bağlı ətraflı : https://lnkd.in/gBUc7XsX #MənzilPark #AbbInnovation #İpoteka #EvinOlsun #RahatİdarəEt #PropertyManagement
-
Hörmətli dostlar, Əməkdaşlıq etdiyimiz binalardan müntəzəm olaraq sakinlər tərəfindən müxtəlif yenilik və funksionallıq istəkləri gəlir. Bizə istər [email protected] e-poçt ünvanı vasitəsilə, istərsə də telefon zəngləri ilə gələn müraciətlər hər zaman tərəfimizdən toplanır və hər həftənin sonunda prioritet dərəcəsi müəyyən edilir. Yüksək prioritet dərəcəsi olan istəklər komandamız tərəfindən maksimum sürətlə həyata keçirilir və istifadənizə verilir. Sizə bildirməkdən məmnunuq ki, yaxın günlərdə mənziliniz üçün "Ailə üzvü" və "Kirayəçi" əlavə etmə funksiyası istifadənizə veriləcəkdir. Mənziliniz və parkinqiniz üçün 2 nəfərdən çox olmayan sakin əlavə edə biləcəksiniz. Əlavə edilən sakin öz hesabına daxil olduğu zaman borcları görə, komendantlığa müraciətlər ünvanlaya və tarixçəni izləyə biləcəkdir. Proqramda görmək istədiyiniz funksionallıqları bizə [email protected] ünvanı vasitəsilə göndərməyinizi xahiş edirik. Hörmətlə Mənzil Park dəstək komandası 💙
-
Mənzil Park reposted this
Hər il 25 aprel, "Sahibkarlar Günü" kimi qeyd edilir. Bu xüsusi gün münasibəti ilə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Sahibkarlar Konfederasiyası / Azerbaijan Entrepreneurs Confederation təşkil etdiyi tədbirdə Mənzil Park olaraq dəvət aldıq və iştirak etdik. Tədbirdə ölkə üzrə sahibkarlığın inkişafı üçün aparılan işlər və gələcək planlar haqqında çıxışlar dinləmək imkanı ilə yanaşı yeni əlaqələr qurmaq və biznesimizi daha da irəli aparmaq üçün əla bir fürsət oldu.